561
Aktual 11 İyun 2021, 02:00

Consonla Bayden Çörçill və Ruzveltin yolu ilə getdilər

Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Co Bayden 80 illik aradan sonra yeni Atlantika Xartiyasını imzalayıblar.

TASS xəbər verir ki, imzalanma mərasimi İngiltərənin Kornuol qraflığındakı Kabris-Bey şəhərində baş tutub.

Sənəddə “daha dinc və çiçəklənən gələcəyin qurulması” barədə tərəflərin başlıca yanaşmaları öz əksini tapıb. Səkkiz bənddən ibarət sənəd Britaniya hökumət dəftərxanası tərəfindən dərc olunub.

Xartiyada qeyd edilib ki, onun hazırlanmasında 1941-ci ildə Britaniyanın Baş naziri Uinston Çörçill və ABŞ Prezidenti Teodor Ruzvelt tərəfindən imzalanmış analoji razılaşmaya əsaslanılıb.

Xatırladaq ki, o zamanki Atlantika Xartiyası ilə İkinci Dünya müharibəsindən sonrakı dünya düzəninin əsasları qoyulub.

Xəbərlər