200
Aktual 10 İyun 2021, 20:58

Bakı ilə Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri (XİN) arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən virtualaz.org-a verilən məlumata görə, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə edilib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərlər