1018
Aktual 1 May 2021, 23:16

Bakıda Qarabağın Azərbaycanlı İcmasını niyə ləğv etdilər?

Azərbaycanda Dağlıq Qarabağın Azərbaycan icması İnstitutunun ləğv edilməsi barədə simvolik, hətta demək olar ki, tarixi qərar qəbul edilib. Bu o deməkdir ki, Azərbaycan Qarabağın dağlıq hissəsinin gələcək taleyini müəyyənləşdirməkdə etnik münaqişə zamanı mübarizə aparan iki icmanın paritet təmsil konsepsiyasından imtina edir. Bir neçə əsr ərzində azərbaycanlılar Qarabağda və Zəngəzurda ermənilərlə yan-yana yaşayıblar. Osmanlı imperiyasında baş vermiş faciəli hadisələrin ağır nəticələri Cənubi Qafqaza köçürülənə qədər. Erməni millətçi düşüncəsi öz təsəvvüründə Qafqaz türklərini osmanlılarla eyniləşdirdi və  qisasçılıq mübarizəsini hər vəchlə Azərbaycan torpaqlarının Rusiya hissəsinə qədər genişləndirdi.

əsrlər boyu azərbaycanlılar Qarabağda ermənilərlə bərabər yaşayıblar

Hətta Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyskinin, Zaqafqaziya Seyminin yüksək tribunasından Azərbaycan-Ermənistan Federasiyasının yaradılmasına çağırışı belə, Gürcüstan Zaqafqaziya Federasiyasından ayrıldıqdan sonra, revanşist erməni hərbçilərini Qarabağı, Naxçıvanı və Zəngəzuru ilhaq etmək cəhdlərindən çəkindirmədi.

Əsas dramatik hadisələr qanlı çəkişmələrə və erməni hərbi rəhbərlərinin Qarabağ paytaxtının demoqrafik tərkibini dəyişdirməyə davamlı cəhdlərinə meydan olmuş Şuşada baş verirdi. Və Qarabağın dağlıq hissəsi uğrunda taleyüklü döyüşü yalnız Cənubi Qafqazın yetmiş il ərzində sovetləşməsi dayandırdı.  Sovet hakimiyyəti orqanlarının qərarı ilə - və bu işdə ən böyük rol İkinci Azərbaycan Cümhuriyyətinin qurucusu Nəriman Nərimanova məxsusdur, - Dağlıq Qarabağda, mərkəzi Şuşa şəhəri olmaqla, muxtar vilayət yaradıldı.

Sovetləşmədən əvvəl siyasi terminologiyada Dağlıq Qarabağ adı yox idi, söhbət bütöv Qarabağdan gedirdi. Lakin bolşevik hakimiyyəti Dağlıq Qarabağda yaşayan ermənilərə muxtar hüquqlar verdi. Şuşa Sovet Azərbaycanının dövründə də Azərbaycan qalası statusunu qoruyub saxlamışdı, amma 1920-ci illərin əvvəllərində Xankəndi kəndini erməni əhalisi ilə fəal məskunlaşdırmağa başladılar. 1923-cü ildə isə erməni bolşeviki Stepan Şaumyanın şərəfinə kəndə onun adı verildi. Yeni Stepanakert şəhəri belə yarandı. Və Qarabağın erməniləşdirilməsinin tərəfdarlarının yüngül əli ilə Dağlıq Qarabağdakı Muxtar Vilayət (DQMV), Qafqaz Bürosunun qərarı ilə ayrıca bir inzibati-ərazi vahidinə - Dağlıq Qarabağ Muxtar Vilayətinə (yenə DQMV) çevrildi. Bölgənin ilk baxışdan qəribə görünən söz və abreviatura oyunu (məsələ ondadır ki, Azərbaycan dilində onların qısaldılmış adı hər iki halda DQMV yazılsa da, rus dilində fərqlidir; yəni birincisi AONK - Avtonomnaya Oblast v Naqornom Karabaxe, ikincisi isə NKAO - Naqorna-Karabaxskaya Avtonomnaya Oblast-dır) əslində Qarabağın dağlıq hissəsini mənimsəmək və erməniləşdirmək kimi məkrli məqsəd güdürdü. Özü də mərkəzi tarixi Şuşa şəhəri yox, ermənilərin yeni şəhəri olan Stepanakert olmaqla.

 

Şuşa azərbaycanlıların siyasi-mədəni mərkəzi idi

Beləliklə, Bolşeviklər Partiyası Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlayan qərarına zidd olaraq, onun yalnız düzən Qarabağla əlaqələrinin qorunub saxlanması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinə çevrilmiş Dağlıq Qarabağda Muxtar Vilayət bütün qüvvə və vasitələrlə Qarabağın qalan hissəsindən uzaqlaşdırıldı.

Dağlıq Qarabağın özündə iki siyasi-mədəniyyət mərkəzinin – Azərbaycan Şuşasının və erməni Stepanakertinin tam təşəkkül tapması baş verdi. Kənardan təftiş edilmiş münaqişənin ilkin mərhələsi bu iki mərkəzin siyasi-mədəni qarşıdurmasının əlaməti altında keçib. Ermənistanın açıq hərbi müdaxiləsindən sonra isə Azərbaycan siyasi-mədəniyyət mərkəzinin işğalı və məhvi baş verdi.

Şuşanın ilhaqı və azərbaycanlı əhalinin Stepanakert – Kərkicahan rayonundan, eləcə də Stepanakert və Şuşa ətrafında yerləşən digər çoxsaylı kəndlərdən qovulmasından sonra isə erməni təbliğatı Dağlıq Qarabağı monomilli, tarixən yalnız ermənilərin məskunlaşdığı region kimi təqdim etməyə çalışdı. Azərbaycan erməni tərəfinin saxtakarlığını və yalanını pozmaq üçün Şuşa meri başda olmaqla Dağlıq Qarabağdakı Azərbaycan icmasını ATƏT-in Minsk qrupu meydanına çıxardı. Ermənistan, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə prinsipinin üstünlüyündə israr etdi. Bölgə əhalisinin 30 faizini təşkil edən on minlərlə azərbaycanlının iradəsi olmadan bölgə əhalisinin bir hissəsi öz taleyini necə müəyyənləşdirə bilərdi? Üstəlik, Ermənistan Qarabağın erməni icmasının danışıqlar prosesinə cəlb olunmasında israr edirdi. Azərbaycan beynəlxalq vasitəçilər baxımından ədalətli bir arqument irəli sürdü - bəs Azərbaycan icmasının təmsilçilik hüququ?

azərbaycanlıların Qarabağın dağlıq hissəsindən qovulmasından sonra erməni təbliğatı monomilli vilayətin mənzərəsini təqdim etdi

Bundan əlavə, azərbaycanlıların Dağlıq Qarabağdan qovulmasından sonra vahid mədəniyyət, ənənələr, tarix və adətlərin birləşdirdiyi on minlərlə insan parçalandı və bir-birindən ayrı düşdü. Qarabağın Azərbaycanlı icması institutu mərkəzdənqaçan qüvvələrin qaçılmaz və təbii parçalanma, aktivləşmə prosesini dayandırmaq üçün yaradılmışdı.

İkinci Qarabağ müharibəsinin nəticələri Dağlıq Qarabağ azərbaycanlılarının tarixində yeni səhifə açdı. Sürgün edilmiş insanlar və onların nəvələri 30 il sonra öz əzəli yaşayış yerlərinə repatriasiya üçün unikal şans əldə etdilər. Müharibədən bir neçə ay sonra rəsmi Bakı ağlasığmaz nailiyyətlər əldə etdi-azad edilmiş Şuşada şaquli hakimiyyət qurdu və işğal olunmuş ərazilərin şəhər, kənd və infrastrukturunun bərpası üzrə miqyasına görə nəhəng işlərə başladı. Beləliklə, icma institutu öz məqsəd və əhəmiyyətini itirdi.

Cəmiyyətin ləğvi qərarı həm də siyasi məna daşıyır. Azərbaycan, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında qalan erməni əhalisini öz vətəndaşları kimi qəbul edir və Köçəryanın rəhbərlik etdiyi revanşist qüvvələrin şovinist platformasına zidd olaraq, iki xalqın bədxah və müəyyən mənada faşist etnik uyğunsuzluq ideyasını kökündən rədd edir.

İlham Əliyev Köçəryanın xalqların etnik uyğunsuzluğuna dair sərsəm faşist ideyasını rədd edir

Əksinə, Azərbaycan hökuməti bununla təcrid olunmuş erməni siyasi və mədəni mərkəzinin ən qısa zamanda Azərbaycanın dövləti və siyasi meydanına inteqrasiyasında həyati marağını ifadə edir. Azərbaycanlıların Şuşaya, Kərkicahana, Daşaltı və Xocavəndə qayıdışı prosesi də Qarabağın dağlıq hissəsində millətlərarası barışıq, dövlət və siyasi-inzibati institutların bərpasını şərtləndirəcək və sürətləndirəcək.

Nəhayət, Azərbaycan icmasının buraxılması Azərbaycana düşmən olan ermənipərəst dünya qüvvələrinə müəyyən dərəcədə diplomatik mesajdır. Azərbaycan müasir Ermənistan sərhədləri daxilində öz müqəddəratını təyin etmiş erməni xalqının yenidən müqəddəratını təyin etməsinin nəzərdən keçirilməsini tamamilə istisna edir. Əgər Fransa və ya ABŞ kimi azadlıqsevər ölkələrə beyinlərindən çıxmayan ikinci erməni dövlətinin yaradılması ideyası rahatlıq vermirsə, Azərbaycan Prezidenti İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi kimi, ermənilərin məskunlaşdığı daha əlverişli yerlər var - Marsel kimi. Və mən əlavə edərdim - Kaliforniya!..

Elnur Eminoğlu

Virtualaz.org

Xəbərlər