236
Aktual 7 aprel — 22:37

Rəşid İsmayılov Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi ola bilər

Rusiya rabitə nazirinin sabiq müavini Rəşid İsmayılov bu ölkə tərəfindən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (BERİ) baş katibi vəzifəsinə namizəd irəli sürülüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın Rəqəmsal inkişaf və rabitə naziri Maksut Şadayev deyib.

Hazırda İttifaqın baş katibi çinli Çjao Houpindir.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ilin noyabrında Bakıda doğulub. O, 2014-2018-ci illərdə rabitə nazirinin müavini işləyib. Hazırda "Vımpelkom" şirkətinin prezidentidir.

Xatırladaq ki, BERİ-nin baş katibi seçkiləri 2022-ci ildə keçiriləcək.

Xəbərlər