816
Aktual 7 Aprel 2021, 14:44

Peskov yenə "İsgəndər"dən danışdı

Rusiya Prezidentinin mətbuat Katibi Dmitri Peskov Azərbaycan hərbçilərinin Dağlıq Qarabağdakı "İsgəndər" raket kompleksinin qalıqlarının aşkarlaması barədə məlumatlarını hələ də təsdiq və ya təkzib etmədiyini söyləyib. Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks Azərbaycan" məlumat yayıb.

"Raketlə bağlı heç nə deyə bilmərəm, heç bir məlumatım da yoxdur", - deyə o jurnalistlərə Azərbaycan tərəfinin yeni müvafiq bəyanatına cavab olaraq bildirib.

Artıq keçən cümə günü jurnalistlər Bakıdan müvafiq mesajlar yayıldıqdan dərhal sonra oxşar sualla Peskovla əlaqə saxlayıblar.

Daha sonra Kremlin sözçüsü Prezident Vladimir Putinə bu barədə məlumat verildiyini və Rusiya hərbçilərinin bu mövzuda məlumatlarının olub olmadığı haqda bilmədiyini vurğulayıb.

Virtualaz.org

Xəbərlər