1571
Aktual 5 aprel — 20:06

Azərbaycanda daha iki general həbs olundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıblar.

Virtualaz.org-un məlumatına görə, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.

Sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbərlər