1161
Aktual 2 aprel — 15:16

İlham Əliyev Əhməd Əhmədzadəni işdən azad etdi

Prezident İlham Əliyev Əhməd Əhmədzadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

Əhməd Əhmədzadə Azərbaycanda ən uzun müddət bir vəzifəni tutan məmurlardan idi və 1993-cü ildən bəri ölkənin meliorasiya sahəsinə rəhbərlik edirdi. Daha əvvəl isə sovet partiya nomenklaturasına daxil olub, raykom katibi işləyib. O, Mərkəzi Bankın sədri Elman Rüstəmovun qudasıdır və oliqarx idi. Əhmədzadənin ailə üzvlərinin çoxşaxəli biznes imperiyası mövcuddur.

Xəbərlər