1166
Aktual 1 aprel — 22:58

“Proqnozlarım doğru çıxdı: Azərbaycan və Türkiyə Rusiya reallığını düzgün qiymətləndirdilər”

 

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Ilur.am saytında daha bir məqalə yayımlayıb.

Virtualaz.org-un məlumatına görə, keçmiş dövlət başçısı çıxışlarında, müsahibələrində və məqalələrində “Qarabağ probleminin həllinin açarı Rusiyanın əlindədir” fikrini dəfələrlə dilə gətirdiyini xatırladıb və bildirib ki, bu fikir siyasi qüvvələr, ekspertlər və mövcud hökumət tərəfindən çaşqınlıq və ya qəzəblə qarşılanırdı.

"Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən maraqların meydanı olub, olaraq qalır və hesab etmək sadəlövhdür ki, o, bu maraqları qorumaq yolundan nə vaxtsa imtina edəcək. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı... Rusiyanın əlindədir. Odur ki, üstünlüklərindən asılı olmayaraq, istənilən Ermənistan hökuməti həyati vacib problemlərin həllini həmin geosiyasi kontekstdə axtarmalıdır. Bu davranış nə arzularla, nə də oriyentasiya ilə yox, yalnız reallığın dərk edilməsi və siyasi realizmin imperativliyi ilə bağlıdır. Mənim fikrimcə, Ermənistan hakimiyyəti bunu hələlik dərk etmir", - sabiq prezident yazıb.

Onun fikrincə, Qarabağ məsələsində baş verən faciənin əsas səbəblərindən biri Ermənistanın hazırkı və əvvəlki iki hakimiyyətinin bu reallığı dərk etməməsi və ya onlara məhəl qoymamasıdır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan reallığı daha düzgün qiymətləndirirlər və bu ölkələrin Rusiya ilə bu yaxınlardakı fəal təmasları bunu göstərir.

"Hələ 1998-ci ildə proqnozlaşdırdığım şeylər gerçəkləşdi. 8 yanvarda Ermənistan Təhlükəsizlik Şurasının iclasındakı çıxışımda xüsusilə bunları qeyd etmişdim: “İstisna etmirəm, əksinə, düşünürəm ki, Xəzər neftinin hasilatı və neft boru kəmərlərinin çəkilməsi problemləri nəzərə alınaraq Rusiyanın tezliklə Azərbaycanla normal münasibətlər qurmaq üçün ciddi səylər göstərəcəyi və bu halda Ermənistanın,  Rusiya Federasiyasının Zaqafqaziyada yeganə müttəfiqi və strateji tərəfdaşı kimi,  üstünlüklərini itirəcəyi olduqca təbii və ehtimal olunandır”. Zənnimcə, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın Ermənistan və Qarabağ üçün nəticələrini təsəvvür etmək elə də çətin deyil”, - məşhur siyasətçi vurğulayıb.

Belə bir nəticəyə gəlmək olar ki, Qarabağ nizamlanması prosesində yeni bir Rusiya-Türkiyə-Azərbaycan formatının formalaşması fakta çevrilir. Ancaq bu o demək deyil ki,  ATƏT-in Minsk qrupunun həmsədrliyini əvəz edəcək, hansı ki, Ter-Petrosyana görə, ən azı  beynəlxalq səylərin uzlaşması təəssüratı yaratmaq və Qərbi qıcıqlandırmamaq üçün bundan sonra da saxlanacaq...

Virtualaz.org

Xəbərlər