340
Aktual 4 mart — 10:25

ABŞ Ermənistana kömək edəcək

ABŞ Dövlət Departamenti ABŞ və Ermənistan arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün 150 min dollar məbləğində qrant ayıracaq.

Virtualaz.org bildirir ki, RT bu barədə müvafiq sənədə istinadən xəbər yayıb.

Mətndə xüsusi olaraq qeyd edilir ki, vəsait Vaşinqtonla Yerevan arasında "qarşılıqlı fəaliyyətin inkişafına" yardım edən layihələrin reallaşdırılmasına sərf olunacaq. Bununla yanaşı, bu pulla reallaşdırılan bütün proqramlar ya Amerikanın mədəni aspektini, ya da müəyyən sahədə ixtisaslaşmış amerikalı ekspertlərlə, təşkilat və qurumlarla əlaqəsini ehtiva etməlidir.

"Bu cür yanaşma ABŞ - ın siyasət və baxışlarını daha dərindən başa düşməyə kömək edəcək", - deyə qrantın mətnində bildirilir.

Dövlət Departamentində hesab edirlər ki, potensial qrant alanları Birləşmiş Ştatların və Ermənistanın ümumi dəyərlərinin təbliği, eləcə də regionda təhlükəsizliyin möhkəmləndirilməsi işinə cəlb etmək mümkün olacaq — söhbət həmçinin, ermənilərin Türkiyə və Azərbaycan sakinləri ilə dostluq münasibətlərinin bərpasından gedir.

Virtualaz.org

Xəbərlər