388
Aktual 4 mart — 01:30

Vazgen Manukyana qarşı cinayət işi açıldı

Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi, “Vətənin qurtuluşu hərəkatı”nın lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.

Ermənistanın İstintaq Komitəsi tərəfindən Manukyana Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb. Qeyd olunub ki, Vazgen Manukyan bu ilin fevralın 12-də və 20-də Azadlıq Meydanında keçirilən mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

Müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

Xəbərlər