378
Aktual 25 fevral — 17:43

Ermənistan prezidenti Paşinyanın təklifini rədd edib

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı könüllü istefaya getməyə çağırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Paşinyan tərəfdarları qarşısında çıxış edərkən deyib.

O deyib ki, prezident Armen Sarkisyana Qasparyanın istefaya getməsi barədə qərarı imzalamağı təklif edib. Lakin Sarkisyan imzalamayıb.

Paşinyan əlavə edib ki, prezidentlə telefonda danışıb və ona Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalı olduğunu deyib.

“Əgər imzalamırsa, onda bu o deməkdir ki, prezident çevrilişi dəstəkləyir? Seçim çox sadədir".

Paşinyan, Baş Qərargah rəisi vəzifəsinə təyin etdiyi, müharibə zamanı 100%  güvəndiyi, general-polkovnik rütbəsi verdiyi Onik Qasparyanla bağlı səhv etdiyini söyləyib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini bəyan edib.

Xəbərlər