532
Aktual 25 fevral — 15:50

Ermənistanın Baş Qərargahı Paşinyanın istefasında israrlıdır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bəyanatda onun heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb.

"Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan general-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik", - Baş Qərargahdan bildirilib.

Xəbərlər