203
Aktual 24 fevral — 00:00

Türkiyədə yoluxma sayı sağalanlardan çox oldu

Türkiyədə son sutka ərzində 75 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 9107 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 213, virusa yoluxanlar isə 2 655 633 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 534 996 pasiyent (son sutkada 5546 nəfər) sağalaraq evə buraxılıb.

Xəbərlər