345
Aktual 23 fevral — 18:00

Mövlud Çavuşoğlu Ermənistana mesaj göndərdi

Vətən müharibəsini qazanan can Azərbaycanı bir daha təbrik edirəm. Bölgədə davamlı sülh və inkişaf üçün tarixi fürsət var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bölgədəki inkişafdan ən çox Ermənistan və erməni xalqı qazanacaq.

"Əgər Ermənistan sülh yolunu seçsə, Azərbaycanla koordinasiyalı şəkildə buna cavab verəcəyik. Azərbaycanın 30 il işğalda olan 7 rayonu dağıdılıb, onların inşası, tarixi-mədəni abidlərin, məscidlərin yenidən bərpası üçün Azərbaycan hökuməti çalışır.

Biz türk dünyası olaraq indiyədək Azərbaycanın yanında olduğumuz kimi, bölgənin inkişafı, yenidən qurulmasında, sabitliyin, hüzurun olmasında bundan sonra da əlimizdən gələni edəcəyik.

Həm üçtərəfli formatda, həm də Türk Şurası çərçivəsində bunu edirik. Azərbaycan liderinin bölgədə əməkdaşlıq üçün 3+3 formatında təşəbbüsü var. Gürcüstanı da bura cəlb etmək üçün səylərimiz davam edir. Düşünürəm ki, Gürcüstan da bu təşəbbüsə qatılacaq".

Çavuşoğlu əlavə edib ki, bölgədə sülh və barış olduqdan sonra layihələrin həyata keçirlməsi daha da sürətlənəcək.

Xəbərlər