215
Aktual 23 fevral — 15:38

Azərbaycanda koronavirusa görə 4 məktəb bağlandı

Fevralın 22-dək distant təhsilə keçirilən siniflərin sayı 84, distant təhsilə keçirilən məktəblərin sayı 4-dür .

Bu barədə virtualaz.org-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilən təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Xatırladaq ki, fevralın 1-dən əyani tədris qismən bərpa olunub.

 

Xəbərlər