169
Aktual 23 fevral — 15:02

NATO və Aİ Gürcüstanla bağlı narahatlıq ifadə edib

“Biz Gürcüstandakı hadisələri yaxından izləyirik. Ölkədə əsas müxalifət partiyası sədrinin həbsi dərin narahatlıq doğurur”.

Bu fikirləri Alyansın Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, NATO yaxın tərəfdaşı olan Gürcüstandan cavab verməyə çalışdığı Avroatlantik demokratik standartları saxlayacağını gözləyir: “Bura qütbləşdirici ritorika və hərəkətlərdən çəkinərək fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək daxildir”.

Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel də ölkədə cərəyan edən proseslərə münasibət bildirib. Gürcüstanda siyasi böhranın dərinləşdiyini qeyd edən diplomatın sözlərinə görə, bütün partiyalar öz üzərlərinə məsuliyyət götürərək ölkə və xalqın maraqlarına uyğun formada hərəkət etməlidirlər.

Xəbərlər