321
Aktual 23 fevral — 10:52

Xüsusi təyinatlılar Gürcüstan müxalifət liderinin ofisinə basqın etdi

Xüsusi Təyinatlılar Gürcüstan müxalifət partiyası Vahid Milli Hərəkatın ofisində gözyaşardıcı qazdan istifadə edib və sədr Nika Meliyanı tutublar. Virtualaz.org bildirir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

"Ofisin yaxınlığına çox sayda təcili yardım və patrul dəstəsi səfərbər edilib. Xüsusi təyinatlılar Meliyanın olduğu otağa girərək onu həbs ediblər. Hüquq-mühafizə orqanları bibər qazından istifadə edib", - məlumatda deyilir.

Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılıb.

N.Meliya ötən ilin noyabrında qolbağını çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməkdən imtina edib. Məhkəmə fevralın 17-də ona qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı qəbul edib. Növbəti gün polis məhkəmə qərarını N.Meliyaya təqdim etmək istəsə də, müxalifət tərəfdaları buna imkan verməyib.

***09:44

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub. Polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub. Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər. N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb. Ofis yaxınlığında 10-dan çox şəxsin də saxlanıldığı bildirilir.

Virtualaz.org

Xəbərlər