Gürcüstanda ötən sutkada daha 493 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 10 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 268 995-ə, ölənlərin sayı isə 3 457-yə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 552 nəfər artaraq 262 796 olub.