178
Aktual 14 yanvar — 17:17

Qazaxıstan istehsalı olan koronavirusa qarşı peyvənd qeydiyyatdan keçdi

Qazaxıstanda istehsal olunan koronavirusa qarşı peyvənd qeydiyyatdan keçib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Səhiyyə Nazirliyinin Tibb və Əczaçılıq Nəzarəti Komitəsi rəhbərinin müavini Nurılbek Asılbəyov aşıqlama verib.

Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, lisenziya doqquz ay müddətinə verilib.

Qazaxıstanda kütləvi peyvəndin vurulması bu il mart ayında başlayacaq.

Xatırladaq ki, Qazaxıstan hökuməti koronavirusa qarşı peyvəndin müvəqqəti dövlət qeydiyyatına alınması qaydalarını 2020-ci il dekabrın 15-də təsdiq edib.

Xəbərlər