148
Aktual 29 noyabr — 10:46

Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu keçdi

Dünyada COVID-19 infeksiyasına yoluxmuş xəstələrin sayı 62 milyonu ötüb.

Virtualaz.org bildirir ki, məlumatı ABŞ-ın Cons Hopkins Universiteti yayıb.

Məlumata görə, dünya üzrə ümumilikdə 62 094 127 nəfər bu virusa yoluxub. Koronavirus infeksiyasından ölənlərin sayı isə 1,4 milyon nəfərdir.

Ən çox yoluxma halları ABŞ-da (13,2 milyon) qeydə alınıb. İkinci yerdə 9,5 milyon yoluxma ilə Hindistan, üçüncü yerdə isə Braziliya (6,2 milyon yoluxma) qərar tutub.

ABŞ ölüm sayında da lider olaraq qalır, burada 266 min nəfər koronavirusun qurbanına çevrilib.

Xəbərlər