732
Aktual 28 noyabr — 02:00

Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı

Erməni KİV-lərinin daha əvvəl xəbər verdiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın əvvəllərində Moskvaya gedəcək.

Virtualaz.org bildirir ki, rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bu məlumatı teleqram kanalında şərh edib.

Ekspert deyib: "Paşinyan bizə gəlir.

Ermənistanın baş naziri Nikol Paşinyan təxminən dekabrın 4-də Moskvaya səfər edəcək. Siyasi dəstək, ucuz qaz və güzəştli kreditlər istəyəcək".

Virtualaz.org

Xəbərlər