754
Aktual 26 noyabr — 23:38

Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını minalayıblar

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin istehkamçıları Xankəndidəki (Stepanakert) bütün orta məktəbləri minalardan təmizləyiblər.

Virtualaz.org bildirir ki, bunu “Rossiya-24” telekanalının efirində Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Rus generalının sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Xankəndi və digər yaşayış yerlərindəki bütün təhsil və uşaq-tərbiyə müəssisələrini minalayıblar.

Yeri gəlmişkən, virtualaz.org olaraq erməni tərəfinin qərargahlarını və hərbi anbarlarını qəsdən uşaq bağçaları və xəstəxanalar kimi mülki obyektlərdə yerləşdirdikləri barədə dəfələrlə yazmışdıq...

Virtualaz.org

Xəbərlər