141
Aktual 25 noyabr — 14:32

Mehriban Əliyevadan Kəlbəcərlə bağlı təbrik

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcər rayonunun isğaldan azad olunması münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımı təqdim edirik:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Xəbərlər