200
Aktual 23 noyabr — 22:58

BMT Rusiya ilə Qarabağda işləməyə hazırdır

“BMT Dağlıq Qarabağda humanitar ehtiyacları qiymətləndirmək üçün Rusiya Federasiyası ilə birlikdə işləməyə hazırdır”.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Rusiyanın sorğusuna cavab olaraq Baş katib təsdiq edib ki, mümkün olduğu zaman Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin digər ofisləri bölgədəki humanitar ehtiyacları tam şəkildə anlamaq, Dağlıq Qarabağ və ətraf ərazilərdə ilkin müstəqil qiymətləndirmə aparmaq üçün əməkdaşlıq və yerlərdə birgə fəaliyyət imkanlarını müzakirə etməyə hazırdırlar”, - deyə S.Düjarrik vurğulayıb.

Xəbərlər