217
Aktual 22 noyabr — 22:58

Ərdoğan: Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir

"Türkiyə NATO-nun Suriyada İŞİD terrorçularına qarşı mübarizə aparan yeganə ölkəsidir".

“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitinin iştirakçılarına videokonfrans vasitəsi ilə etdiyi müraciətində deyib.

"Bizim ölkəmiz terrorizmin, münaqişələrin qarşısının alınması və sabitliyin təminatı təhlükəsinin aradan qaldırması üçün səy göstərir. Bir sıra dövlətlərin terrorizmin təzahürlərinə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıqdan imtinasına baxmayaraq, Ankara öz qüvvələri ilə 9 minə qədər xarici muzdlunu - terrorçunu ələ keçirdi və öz ölkələrinə deportasiya etdi", - deyə Prezident bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün Türkiyə Suriyada, Liviyada, Aralıq dənizinin şərq hissəsində, İraqda, Fələstində və Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir. "Biz yalnız öz vətəndaşlarımızın və əhalimizin təhlükəsizliyinin təmin olunmasına can atmırıq, həm də regional səviyyədə sabitliyi və sülhü müdafiə edirik", - Ərdoğan vurğulayıb.

Türkiyə lideri xatırladıb ki, dünyanın nizam sistemini, ümumbəşəri dəyərləri, həmçinin ədalət və təhlükəsizlik prinsiplərini nəzərə almayan uğur qazanmaq şansına malik deyil.

Xəbərlər