223
Aktual 22 noyabr — 17:58

Avropada üçüncü koronavirus dalğası?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib.

RİA Novosti xəbər verir ki, Nabarronun fikrincə, Avropa ölkələri birinci dalğanı nəzarət altına almağı bacarsalar da, koronavirusun ikinci dalğasının qarşısını ala bilməyiblər.

"Avropanın reaksiyası yarımçıq qaldı. Birinci dalğaya nəzarəti ələ aldıqdan sonra yay aylarında lazımlı infrastruktur qurma fürsətini əldən verdilər. İndi isə ikinci dalğa var. Lazımi infrastrukturu indi qurmasalar, gələn ilin əvvəlində üçüncü dalğa baş verəcək".

ÜST-nin xüsusi nüayəndəsi qeyd edib ki, bir çox Qərbi Avropa ölkələri virusu yenidən nəzarət altına almaq üçün sərt təcrid rejiminə meyilli olmamalıdırlar.

Şərqi Asiya ölkələrinə gəldikdə isə Nabarro bildirib ki, hakimiyyət və əhali arasında "aydın ünsiyyət" sayəsində koronavirusla bağlı vəziyyət daha yaxşıdır.

 

Xəbərlər