875
Aktual 19 noyabr — 16:41

Şuşa ətrafında donuzlarla “şiddətli döyüşlər” aparan düşmən əsgərləri

Hazırda Dağlıq Qarabağda atışma və partlayış səsləri eşidilmir, lakin müharibədə iştirak edən erməni əsgərləri, könüllüləri Azərbaycan ordusunun qarşısında aldıqları sarsıdıcı zərbəni hələ də unuda bilmirlər. Virtualaz.org xəbər verir ki, bu haqda infox.ru yazır.

Noyabrın 9-da Bakı ilə Yerevan Vladimir Putinin danışıqlarda birbaşa iştirakı ilə sülh sazişi imzaladı. Bölgədəki vəziyyət rus sülhməramlıları tərəfindən qorunur. Ancaq bu, o demək deyil ki, münaqişə tərəfləri cəbhədə keçirdikləri günləri unudublar.

Məsələn, indi internetdən Qarabağda Azərbaycana qarşı döyüşmüş keçmiş erməni könüllülərinin danışdıqları hekayələrlə rastlaşa bilərsiniz. Döyüşçülərin sözlərinə görə, müharibə yerli silahlı qüvvələr sıralarındakı nizamsızlıq qədər dəhşətli deyildi. Könüllülər çox vaxt özləri nə forma, nə də uyğun ayaqqabı ala bilmirdilər.

Silah-sursat və komandirlərin olmaması problemlər yaradırdı, çoxu könüllülərlə bağlı nə edəcəyini bilmirdi. Və ya sadəcə onlara ikinci dərəcəli adam kimi davranırdılar. Çox vaxt rabitə ilə bağlı da problemlər olurdu. Bu səbəbdən könüllülərdən birinin dediyinə görə, bir dəfə onların heyəti öz müşahidə məntəqələrindən atəşə tutuldu.

Bir sıra nəşrlərin yazdığı kimi, xaricdəki erməni diasporu Dağlıq Qarabağ hadisələrinə cəld cavab verdi. Könüllülər cəbhəyə yalnız Ermənistandan deyil, Suriyadan, Livandan, İraqdan, Fransadan və təbii ki, Rusiyadan gəlirdilər. Amma xaricdən gəlmiş könüllülər cəbhəyə gedəmndə məlum olurdu ki, onlar heç kimə lazım deyil. Onlara nə silah verən var idi, nə hərbi geyim. Başlarından eləyib deyirdilər ki, gedəcəkləri səngərlərdə ehtiyac olan hər şeylə təmin olunacaqlar. Amma səngərlərə çatanda isə səngərlərdə onları hər şeyi niyə özləri ilə gətirmədiklərinə görə günahlandırırdılar.

Keçmiş könüllünün dediyi kimi, nə özünə, nə də dostlarına isti paltar verildi, özləri güllə keçirməyən jilet əldə etməli idilər və silahlarından köhnə PKM, PM və AK-74 (“Kalaşnikov” pulemyotu, “Makarov” tapançası və “Kalaşnikov” avtomatı) verilmişdi.

“Əvvəlcə özümüz özümüzü silahla, geyimlə təmin etdik, sonra onların yadına düşdük və bizi yüz iyirmi döyüşçü əvəzinə şəxsi heyətinin sayı əllidən çox olmayan bölük şəklində Şuşa şəhərinin kənarına göndərdilər. Bölükdə olanların əksəriyyəti gecə evlərinə gedib səhər qayıdan yerli sakinlər idi və nəticədə gecə postda cəmi bir neçə nəfər qalırdı", - deyə keçmiş könüllü xatırlayır.

Eyni zamanda, bölüyün digər bölmələrlə əlaqəsi yox idi, uyğunsuzluq və döyüş təcrübəsinin tam olmaması ən yaxşı halda gülünc vəziyyətlərə səbəb oldu. Beləliklə, bir dəfə gecə yarısı könüllülər qarşıda nəsə ayaq səsləri, hərəkətlər eşitdilər və dərhal atəş açmağa başladılar. İyirmi dəqiqəlik "şiddətli döyüşlərdən" sonra bir neçə erməni döyüşçü düşmənin itkilərini saymaq üçün irəlilədilər. Ancaq könüllülər atəşə tuş gələn və ölmüş donuz sürsünə rast gəldilər.

"Komandirlər və səlahiyyətlilərin bu cür nizamsızlığı və məsuliyyətsizliyi ilə qalib gəlmək mümkün idimi?", - keçmiş döyüşçü sualla müraciət edir.

Ermənistan üçün əlverişsiz olan sülh müqaviləsi imzalandıqdan sonra Yerevanın üsyan etməsinin səbəbi də elə budur. İndi on minlərlə insan küçələrə çıxaraq baş nazir Paşinyandan istefa tələb edir. Bununla yanaşı, bir sıra müxalif siyasətçilər siyasətçini birbaşa xaricdən gələn könüllü dəstələrini qəbul etməkdən imtina etməkdə və cəbhəyə göndərilmələrinin qarşısını almaqda günahlandırdılar.

Virtualaz.org

Xəbərlər