474
Aktual 10 noyabr — 02:16

Paşinyan Ermənistana müraciət etdi

Bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib.

Virtualaz.org bildirir ki, müraciət baş nazirin Facebook səhifəsində yerləşdirilib.

"Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Mən bu qərarı hərbi vəziyyətin dərindən təhlili və şəraiti daha yaxşı bilən adamların qiymətləndirməsi nəticəsində qəbul etmişəm. Bu qərar həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bu qələbə deyil, amma sən özünü uduzmuş saymayana qədər, məğlubiyyət də yoxdur. Biz özümüzü heç vaxt məğlub saymırıq və bu, milli birliyimizin, dirçəliş dövrünün başlanğıcı olmalıdır. Biz gələcəyimizi planlaşdırmaq və keçmişin səhvlərini təkrarlamamaq üçün müstəqillik illərimizi təhlil etməliyik.

Həlak olmuş hərbçilər qarşısında diz çökürəm. Vətənini canları ilə qorumuş və qoruyan hərbçilərin, zabitlərin, generalların, könüllülərin qarşısında baş əyirəm", - deyə N.Paşinyan yazıb.

Virtualaz.org

Xəbərlər