504
Aktual 10 noyabr — 01:22

Ermənistan təslim oldu: Putin, Əliyev və Paşinyanın birgə bəyanatı hazırlanır

Yaxın bir neçə saat ərzində Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı, habelə Rusiya Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyanatı gözlənilir.

Virtualaz.org bildirir ki, məlumatı diplomatik mənbələrinə istinadən haqqin.az saytı yayıb.

Bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə müharibə edən tərəflər sistemli barışıq barəsində razılığa gəliblər. Razılaşma Böyük Siyasi Sazişin hazırlanmasına zəmin hazırlayacaq.

Haqqin.az-ın məlumatına görə, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb). Bundan əlavə, Azərbaycan Şuşa şəhəri də daxil olmaqla, aktiv hərbi əməliyyatlar zamanı qazandığı döyüş mövqelərini qoruyub saxlayır.

Azərbaycan və Ermənistan Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razılıq bildiriblər. İlkin razılaşmaya əsasən, Rusiya qoşunları qarşıdurma qüvvələri arasında sərhədsiz kordon statusunda çıxış edəcək. Bununla yanaşı, tərəflər Türkiyə hökumətinin Qarabağ probleminin qəti şəkildə həllində fəal iştirakına dair razılığa gəliblər.

Bu birgə bəyanat Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yekun statusunun müəyyənləşdirilməsini nəzərdə tutmur.

Azərbaycan və Ermənistanın Müdafiə nazirləri sistemli atəşkəs rejiminin detallarını müzakirə etmək üçün noyabrın 10-da səhər tezdən Moskvada olacaqlar.

Virtualaz.org

 

Xəbərlər