880
Aktual 27 oktyabr — 00:26

Erməni əsgərləri yüksəkliyi tərk etdilər

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Dağlıq Qarabağda erməni ordusunun müdafiəsi yarılıb.

Virtualaz.org bildirir ki, Ermənistanın hərbi komandanlığı tələm-tələsik könüllülərdən ibarət qruplara üz tutur. Bir çox hallarda könüllüləri cəbhə xəttinə ərzaq, sursat və silahsız gətirirlər.

Sosial şəbəkələrdə, erməni hərbçilərinin növbəti qrupunun haradasa cəbhə xəttinə atıldığı və komandanlıqsız qaldığını əks etdirən yeni kadrlar yayılıb.

Görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq bildirib: “Baxın, ay millət, bu artıq 3-cü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altındayıq-nə yemək var, nə də adam. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə. Belə yerdə qalmaq olar?”.

Xəbərlər