1026
Aktual 26 oktyabr — 22:26

Solovyov: "Bu gün Paşinyanı söydülər və Əliyevi təriflədilər"

Sosial şəbəkələrdə Rusiya telejurnalisti Vladimir Solovyovun milyarder Qod Nisanov ilə audio yazısı yayılıb.

Virtualaz.org bildirir ki, audio yazıda V.Solovyov veriliş zamanı Azərbaycanı tənqid etdiyinə görə üzr istəyir.

Solovyov xüsusən qeyd edir ki, bu fraqment onun verilişindən kəsilib və proqrama daxil edilməyib, amma "hansısa degenerat bunu "Rossiya"telekanalının saytında anonslara qoyub”.

"Əzizim, Qod Semyonoviç, hər şeyi başa düşürəm, sizin narahatlığınızı bölüşürəm,  amma qoy bu gün baxsınlar, bu gün Paşinyanı söydülər və Əliyevi çox təriflədilər. Mən şəxsən Əliyevi çox tərifləmişəm", - deyə Solovyov vurğulayıb.

Virtualaz.org

Xəbərlər