711
Aktual 26 oktyabr — 20:47

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

Baş nazir Nikol Paşinyan bəyan edib ki, ön cəbhəyə getməyə və Ermənistan uğrunda ölməyə hazırdır, amma “baş nazir vəzifəsini kimsə yerinə yetirməlidir”.

Virtualaz.org bildirir ki, bunu işğalçı ölkənin rəhbəri Facebook səhifəsində canlı yayım zamanı deyib.

N.Paşinyan erməni kişilərini onun əmrlərinə tabe olmağa və hərbi xidmətdən yayınmamağa çağırıb.

“Qadınlarımız kişilərimizə bu vəziyyətdə tərəddüd etməyin bağışlanmadığını söyləməlidirlər. Qadınlar ərlərini və oğullarını saxlamamalıdırlar. Mən tələb edirəm ki, hər bir Ermənistan vətəndaşı mənim əmrimə tabe olsun. Mən əmr edirəm ki, hər bir kişi indi ayağa qalxsın və öz hərbi komissarlığına getsin. Bu, mənim əmrimdir. Qadınları həvəsləndirin. Qoy özləri dəstələr yaratsınlar. Bu, minillik müharibədir”, - deyə Paşinyan bildirib.

Nikol Paşinyan bütün fərariləri həm də ictimai qınağa məruz qoymağa çağırıb.

“Cəmiyyətimizdə döyüş meydanından qaçanların ciddi töhmət almaları üçün əhval-ruhiyyə olmalıdır. Bizdə ümummilli konsensus olmalıdır. Öz postunu tərk edən hər kəs bilməlidir ki, onlara ictimai töhmət veriləcək”, - deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, "həkim və vətəndaşın oğlan uşağına çağırışdan yayınmaq üçün koronavirus diaqnozu təyin edilməsi barədə razılığa gəlməsi yolverilməzdir”.

Virtualaz.org

Xəbərlər