241
Aktual 23 oktyabr — 10:42

DİN əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi (DIN) vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat Xidmətindən virtualaz.org-a daxil olan məlumatda deyilir: "Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib. Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda  xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!".

Xəbərlər