431
Aktual 20 oktyabr — 22:44

Ərdoğandan növbəti Qarabağ açıqlaması

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi mübarizəsinə bütün qəlbimizlə dəstək veririk və verəcəyik.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra deyib.

Onun sözlərinə görə, Türkiyə böyüdükcə və gücləndikcə daxil olduğu proseslər də təbii olaraq genişlənməkdədir: “Liviyada bir qiyamçının ölkəni parçalamasına imkan yaratmadıq və yaratmarıq. Canımız bahasına sahib çıxdığımız bu regiondan bizi çıxartmaq xəyallarından imtina etməyənlərə kabus yaşadacağıq. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər əli kəsirik və kəsəcəyik”.

Xəbərlər