322
Aktual 20 oktyabr — 19:42

MN: Düşmən bölmələri döyüşə girməkdən imtina etdilər və geri çəkildilər

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edib. Tutduqları mövqeləri tərk edib və geriyə çəkilməyə məcbur edilib”.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi (MN) Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanında fərarilik edir və geri çəkilir”, - deyə A.Eyvazov vurğulayıb.

Xəbərlər