276
Aktual 2 oktyabr — 01:36

Avropa Parlamenti Qarabağdakı müharibəni müzakirə edəcək

Avropa Parlamentinin oktyabrın 5-də başlayacaq plenar iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, oktyabrın 7-də avropalı deputatlar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelli Ermənistan və Azərbaycan arasındakı münaqişəni müzakirə etmək üçün görüşə dəvət edəcəklər.

Ancaq müzakirələrin yekununda heç bir praktiki qərar olmayacaq. Deputatlar bu münaqişə ilə bağlı qətnamə layihəsi hazırlasalar da, Avropa Parlamentinin xarici siyasi qətnamələrinin hamısı yalnız tövsiyə xarakteri daşıyır və onları icrası hətta AB institutları üçün də məcburi deyil.

Xəbərlər