3477
Aktual 29 sentyabr — 15:23

Ermənistandan S-300 kompleksləri Qarabağa doğru irəliləyir

Ermənistan ordusunun Qarabağdakı hava hücumundan müdafiə xətti dağıdılandan sonra düşmən Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksi diviziyonunu işğal edilmiş ərazilərimizə göndərir. Virtualaz.org xəbər verir ki, bu haqda az əvvəl Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı xəbər verib.

"Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir. Bildiririk ki, onları da ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır",- Dərgahlı bildirib.

Xatırladaq ki, Azərbaycan ordusu döyüşlərin birinci günündə düşmənin Qarabağda hava hücumundan birinci müdafiə eşalonunda yerləşən 15-ə yaxın “Osa” zenit-raket kompleksini məhv edib. “The Drive” nəşri isə yazır ki, Azərbaycan ordusu daha sonra ermənilərin sovet istehsalı olan azı 3 “Strela-10” zenit-raket komplekslərini də zərbə pilotsuz təyyarəsi ilə məhv edib.

Virtualaz.org

Xəbərlər