2203
Aktual 29 sentyabr — 12:51

Füzuli istiqamətində düşmənin həmləsi dəf edildi, erməni meyitləri ortada qaldı

Azərbaycan ordusu bu gün səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad edilməsi üçün şiddətli döyüşlər aparır.  Bu döyüşlərin gedişində düşmən ordusu Azərbaycan bölmələrinə əks-həmlə edib, amma ağır itki verərək geri çəkilib.

Bunu  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb", - o vurğulayıb. 

 

Xəbərlər