1842
Aktual 28 sentyabr — 00:32

ABŞ Dağlıq Qarabağdakı vəziyyət haqda

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Virtualaz.org bildirir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus məlumat yayıb.

O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməsindən narahatdır. Birləşmiş Ştatlar tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmağa çağırır.

Ortaqus vurğulayıb ki, ABŞ həmsədr ölkələrdən biridir və tərəflərə sülhə nail olunması üçün kömək etməyə hazırdır.

Morqan Ortaqus Birləşmiş Ştatların, həmçinin Dağlıq Qarabağda dinc insanlar da daxil olmaqla, insan itkilərinə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlardan narahatlığını ifadə edib.

Xəbərlər