320
Aktual 27 sentyabr — 01:24

Türkiyədə “Atmaca” raketlərinin yeni versiyası hazırlanır

“Roketsan” müdafiə şirkətinin mütəxəsisləri düşmən raketlərini məhv etmək üçün yerüstü HHM kompleksləri tərəfindən istifadə edilə biləcək “Atmaca” gəmi əleyhinə raketlərin yeni modifikasiyasını hazırlayırlar.

Bunu “Anadolu” agentliyinə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Roketsan”ın baş direktoru Murat İkinci deyib.

Onun sözlərinə görə, Türkiyədə gəmi əleyhinə ilk raket olan “Atmaca”nın tədarükü bu ilin sonuna planlaşdırılır.

“Gəmi əleyhinə hazırlanan raket 250 km məsafədə suüstü hədəfi vura bilər. Uçuş trayektoriyası suyun səthindən keçir və bu texnologiyalar artıq Türkiyənin arsenalında mövcuddur”, - deyə İkinci bildirib.

Onun sözlərinə görə, “Atmaca” raketləri xaricdə də böyük maraqla qarşılanır.

“Roketsan”ın baş direktoru əlavə edib ki, son illərdə Türkiyənin müdafiə sənayesi ölkənin silah-sursat sahəsində idxal asılılığını xeyli azaltmaqla, həqiqətən də böyük nailiyyətlər əldə edib.

“Müdafiə şirkətləri “Roketsan”, “Havelsan” və “Aselsan” tərəfindən bu gün həyata keçirilən layihələr yalnız az sayda dövlətlərin gücü daxilindədir. Əlbəttə, silah almaqdan tamamilə imtina barədə danışmaq hələ tezdir, lakin Türkiyə silah ehtiyacını yüzdə 70 təmin edir”,-deyə “Roketsan”ın baş direktoru vurğulayıb.

Xəbərlər