450
Aktual 26 sentyabr — 15:42

Azərbaycanda qorxunc virusun statistikası: 108 yeni yoluxan, 2 nəfər ölən var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39895 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 nəfərdir.

Ölkədə son sutka ərzində 7965, indiyədək isə ümumilikdə 1095543 test aparılıb.

 

Xəbərlər