372
Aktual 20 sentyabr — 21:22

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarix haqda

COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Bunu "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində deyib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemioloji vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. O isə cavabında deyib: “Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə, əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək”.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bəzi göstəriciləri (infeksiyanın yayılması-red.) aşağı salmaq lazımdır.

Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini cəlb etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - o deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.("Report"

Xəbərlər