223
Aktual 15 sentyabr — 23:44

Ukrayna Azərbaycanla əməkdaşlığı təhlükəsizlik strategiyasına daxil etdi

Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkə Prezidenti Vladimir Zelenski tərəfindən təsdiq edilmiş "Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında" sənəddə belə deyilir.

Sənəddə qeyd olunur ki, öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etdirilməlidir.

Sənəddə, həmçinin vurğulanır ki, “dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib”.

Ukraynanın milli təhlükəsizlik strategiyası və müdafiəsi ölkə Prezidentinin tapşırığı ilə hazırlanıb. O, milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir və yuxarıda qeyd olunanlarla yanaşı, digər Baltik və Şimali Avropa ölkələri ilə tərəfdaşlıq, həmçinin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə yaxın qonşuluq münasibətlərini, Belarus Respublikası və Moldova Respublikası ilə praqmatik əlaqələri, Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsində NATO üzvü olan ölkələrlə praktik əməkdaşlığı nəzərdə tutur.

Xəbərlər