278
Aktual 15 avqust — 21:25

Ukraynada koronavirusa rekord yoluxma qeydə alındı

Ukraynada son sutka ərzində koronavirus epidemiyasına rekord yoluxma qeydə alınıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Ölkədə 1847 yeni yoluxma müəyyən edilib. Ən çox yoluxma Xarkov (254), Çernovitski (170) və Lvovda (166) qeydə alınıb. Kiyevdə yoluxma hallarının sayı isə 232 olub.

Ümumilikdə Ukrayna ərazisində indiyə qədər 89719 yoluxma aşkarlanıb, nəticədə 2044 nəfər koronavirusun qurbanı olub.

Xəbərlər