247
Aktual 15 avqust — 17:55

Fransada lal və karlar üçün xüsusi maska hazırlanacaq

Fransada dodaq oxumaq üçün xüsusi üz maskalarının istehsalına başlanır.

Karlar üçün faydalı olan bu ləvazimat Paris yaxınlığında ötən əsrin 30-cu illərində yaradılmış və ölkənin ən böyük əlillər birliklərindən olan “France Handicap”a məxsus bir müəssisədə istehsal olunacaq. Bu maskalardan gündə 300 ədədədək buraxmaq nəzərdə tutulur.

Qeyd edək ki, bu cür maskaların xüsusiyyəti aşağı hissəsinin şəffaf plastikdən hazırlanmasıdır ki, belədə maska sahibinin dodaqları görünür. Həmin şəffaf hissənin tərləməsinə qarşı içəri tərəfdən xüsusi maddə çəkilir.

“Report” xatırladır ki, bu cür maska hazırlamaq təklifi cari ilin aprel ayında Tulus şəhərinin sakini, 30 yaşlı gön-dəri mütəxəssisi Anissa Mekrabeş tərəfindən irəli sürülmüşdü. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 5 faizi eşitmə imkanları məhdud şəxslərdir.

Xəbərlər