232
Aktual 15 avqust — 00:05

ÜST: Dünyada COVID-19-a 286 min yeni yoluxma aşkarlandı

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Belə ki, son 24 saatda dünyada koronavirusa 286 min 713 yeni yoluxma və 6 713 ölüm faktı qeydə alınıb.

Bildirilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 730 456-ya, ölənlərin sayı isə 751 154-ə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

Xəbərlər