682
Aktual 14 avqust — 16:52

Azərbaycan Ukrayna silahlarının ilk 10 alıcısı arasında

“Ukroboronprom” konserni ilin birinci yarısında təxminən 145 milyon dollarlıq məhsul ixrac edib.

Virtualaz.org bildirir ki, məlumatı kорреспондент.net nəşri yayıb.

Konserndə qeyd ediblər ki, dünyanı bürüyən pandemiyaya baxmayaraq, xüsusi ixracatçıların fəal işi dünyanın 36 ölkəsi ilə 140-a yaxın ixrac müqaviləsi bağlamağa imkan verib.

Məlumata görə, Ukrayna məhsullarının əsas idxalçısı olan ölkələr, hansı ki, ixracın 85 faizi məhz onların payına düşür, bunlardır: Çin, Türkiyə, Pakistan, Hindistan, İordaniya, Vyetnam, Azərbaycan, Əlcəzair, Mərakeş və  Efiopiya.

Virtualaz.org

Xəbərlər