508
Aktual 14 avqust — 15:04

Aleksandr Lukaşenko: “Sağ-salamatam və qaçmamışam...”

Belarus Prezidenti Aleksandr Lukaşenko sənaye tətilləri ilə bağlı edilən çağırışlara münasibət bildirərək deyib ki, bu aksiyalar  müəssisələrin gələcək işlərinə mənfi təsir göstərə bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Belarus lideri bu barədə açıqlamanı tikinti sənayesi ilə bağlı keçirdiyi müşavirə zamanı verib.

A.Lukaşenko ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatları da təkzib edib: “Başlanğıc üçün onu deyim ki, hələ ki, sağam və bəzilərinin dediyi kimi, ölkəni tərk etməmişəm. Bu gün ayın 14-dür və biz sizinlə tikinti sahəsindəki işləri müzakirə etmək üçün yığışmışıq”.

Daha sonra tətil məsələsinə qayıdan Belarus Prezidenti bildirib: “Siz mənim mövqeyimi bilirsiniz. Pandemiya dövründə vətəndaşlarımızı işdən çıxarmağı qadağan etmişdim. Bizim mövqeyimiz birmənalıdır: pandemiyanın çətin vaxtlarında heç kimi işləməyə məcbur etməmişik. İndi də heç kimi iş yerlərində məcbur saxlamamalıyıq. Vətəndaşlarımız işləmək istəyirlərsə, buyursunlar. İşləmək istəməyənləri heç bir halda saxlaya bilmərik. Lakin bildirmək istəyirəm ki, əgər istehsalımızı dayandırsaq, onu heç vaxt əvvəlki vəziyyətinə geri qaytara bilməyəcəyik”.

Virtualaz.org

Xəbərlər