1014
Aktual 12 avqust — 17:15

Koronavirusa qarşı “Putin peyvəndi”: türkiyəli professor deyir ki, sevinmək hələ tezdir

Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin Uşaq infeksion xəstəlikləri şöbəsinin rəhbəri, professor Mehmet Ceyhan Rusiya prezidenti Vladimir Putinin koronavirusa qarşı peyvəndin tapılması ilə bağlı bəyanatına münasibət bildirib. Həkimin sözlərinə görə, peyvəndlə bağlı son zamanlar elm adamları deyil, daha çox bu böyük bazardan pay əldə etmək istəyən dövlət başçıları və ya peyvəndə sponsorluq edən firmalar açıqlamalar yayırlar. Lakin onların bu açıqlamaları ilə bağlı bir qədər təmkinli davranmaq lazımdır.  

Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, uşaq yoluxucu xəstəliklər şöbəsinin rəhbəri  M.Ceyhan Rusiya prezidentinin qızına peyvənd etdirməsi ilə açıqlamasının  hələ bu peyvəndin mövcud olduğunu və insanlar üçün əlçatan olduğunu göstərmədiyini deyir: “Rusiya tərəfindən hazırlanan  peyvəndin klinik sınaqlarının hələ başlamadığı və sınaqların Birləşmiş Ərəb Əmirliklərində həyata keçiriləcəyi deyilir".

Professor insanlar üzərində sınaqdan keçirilmiş 6 peyvəndin olduğunu dilə gətirib: “Əslində, Rusiya bu mərhələdən bir az geri qalır. Artıq “sınağa başlamaq” bunun bir neçə ay çəkəcəyi dövrə başlamağı göstərir. Bu testlər 4 mərhələdədir. Birincisi, bu testlərdə peyvəndlərin etibarlılığı sınanmalıdır. Bunun üçün az sayda insan üzərində testlər ediləcək, sonra isə daha 3 sınaq aparılacaqdır. Onların hər biri peyvənd ediləcək və peyvəndin effektivliyi üçün qan nümunələri götürüləcək”, - M.Ceyhan qeyd edib.

Professor bildirib ki, bu mərhələdən sonra klinik sınaqlar ediləcək: “Bu daha uzun vaxt aparan bir üsuldur. Minlərlə insan peyvənd ediləcək, minlərlə insan isə peyvənd olunmayacaq. Sonra bu iki qrup müqayisə ediləcək. Onlardan hansının daha çox xəstələndiyi müəyyənləşdiriləcək. Haradan baxsaq, Rusiyanın peyvəndinin qarşısında xeyli zaman olduğu ortaya çıxır”.

Peyvəndlə bağlı xəbərlərin çox diqqətlə qiymətləndirilməli olduğunu vurğulayan həkim Ceyhan bunları qeyd edib: “Biz peyvənd kəşf etdik" ifadəsi “peyvənd tapılıb və insanlara tətbiq olunur” demək deyil. Bu cür 100-dən çox peyvənd var. Bunlar bütün dünyada sınaqdan keçirilir. Bunların təsdiqlənəcəyinə zəmanət yoxdur. Bunların hamısı da təsirsiz ola bilər. Effektiv də ola bilər, lakin tətbiq oluna və ya tətbiq olunmaya bilər”.

Həkim peyvəndlərin iki yöndən qiymətləndirildiyini deyib. Bir fərdi, ikinci sosial müdafiə olaraq. Fərdi qoruyucu peyvənd tapmaq daha asandır. Həkimin sözlərinə görə, qrip peyvəndi qədər qoruyan bir peyvənd tapsaq, o peyvənd bizi əlli faiz qorusa və xəstəliyin şiddətini 90 faiz yüngülləşdirsə, bu pis bir peyvənd deyil. Uyğundur, insanlar bununla özlərini qoruya bilərlər.

“Ancaq cəmiyyəti qorumaq, cəmiyyətdə sosial toxunulmazlıq yaratmaq və bu xəstəliyə son qoymaq üçün 50 faiz qoruyucu bu peyvəbdlə bütün dünya əhalisini peyvənd etmək deməkdir. Xüsusilə bu peyvəndin 2 dozada təsirli olduğunu nəzərə alsaq, bu 15-16 milyard doza peyvənd deməkdir. Bu həddindən artıq böyük bir bazardır. Qiyməti nə qədər olursa-olsun, belə böyük bir bazardan pay əldə etmək üçün son zamanlar elm adamlarından deyil, dövlət idarəçilərindən və ya peyvəndi dəstəkləyən şirkətdən gələn açıqlamaları bir az təmkinli qarşılamaq lazımdır”.

 M.Ceyhan söyləyib ki, Rusiyanın açıqlamasından anladığımız kimi, effektiv bir peyvənd işlənməmişdir, bu hələ sınaqların başlayacağı deməkdir: “Bunlar insanlar üzərində sınaqlarıdır. Bu testlərdə iştirak edənlərdən biri də prezidentin qızı ola bilər ki, bu da anormal vəziyyət deyil”.

  "1-2 ay ərzində istehsalı və satışı mümkün deyil”

 Həkim hələ də effektiv və insanları qoruya biləcək bir peyvəndin olmadığını söyləyib: “Hələ sınaq mərhələsində olan peyvəndlər var. Bu peyvəndlər tapılanda deyək ki, istehsal olunmağa başlandı və 1-2 ay ərzində bütün ölkələrə istehsal və paylanması mümkün deyil. Həmin nöqtəyə çatmaq üçün illər lazımdır. İnsanlar özlərini peyvəndin olmamasına hazırlamalı və buna uyğun bütün mümkün tədbirləri görməlidirlər. Bir peyvəndin qısa müddətdə tətbiq olunacağını və insanları koronavirusdan qoruyacağını düşünmürük”, - M.Ceyhan qeyd edib.

 Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən gün hökumətin iclasında koronavirusa qarşı dünyada ilk peyvəndin qeydiyyatdan keçdiyini elan edib. Putinin sözlərinə görə, peyvəndin bütün sınaqları tamamlanıb və yüksək effektivlik nümayiş etdirib. Sınaqlarda iştirak edənlərdə heç bir fəsadlar baş verməyib. Putin qızlarından birinə də bu peyvəndin vurulduğunu, onun iki gün temperaturunun qalxdığını və başqa heç bir təsir qeydə alınmadığını deyib.

Gülnar Əliyeva

Virtualaz.org

 

Xəbərlər