281
Aktual 12 avqust — 00:10

Beyrutdakı nümayişçilər parlament sarayına girməyə çalışıb

Çərşənbə axşamı günü Livan paytaxtında hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

Bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Onun məlumatına görə, etirazçılar partlayış nəticəsində dağılmış Beyrut limanının girişinə toplaşıblar.

Manifestantlar hökumət əleyhinə şüarlar səsləndirir, Livan Prezidenti Mişel Aunun istefasını və parlamentin buraxılmasını tələb edirlər.

Xəbərlər